Daha bir qalmaqallı jurnalist araşdırması - “Cənnət sənədləri” ortaya çıxdı
7-11-2017, 09:02
İngiltərə kraliçası II Yelizaveta, ABŞ-ın Ticarət naziri Uilbur Rossun da aralarında yer aldığı siyasətçi və iş adamlarının “off-shore” hesabları ilə bağlı təxminən 13,4 milyon sənəd yayılmağa başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Cənnət sənədləri” (Paradise Papers) adı verilən materiallar ötən il mətbuatda yayılan “Panama sənədləri” hadisəsiylə oxşarlıq daşıyır.
“Cənnət sənədləri” 1,4 terrabaytlık məlumat həcminə malik 13,4 milyon sənəddən ibarətdir.
Üzərində son bir ildir 380 jurnalistin araşdırdığı “Cənnət sənədləri”ndə əldə edilən məlumatlar bir həftə boyu layihədə iştirak edən mətbuat orqanları tərəfindən yayımlanacağı bildirilib.
Sənədlərin əksəriyyətinin “Bermuda” mərkəzli “Appleby” hüquq firmasından keçildiyi qeyd edilir.
Xatırladaq ki, ötən il mərkəzi Panamada yerləşən hüquq firması “Mossack Fonseca” tərəfindən aşkarlanan 11,5 milyon sənəd “Panama sənədləri” başlığı ilə yayılaraq bir çox ölkədə korrupsiya cinayət işlərinin açılmasına və bəzi yüksək səviyyəli məmurların istefalara səbəb oldu.