Rus polisi azərbaycanlılar çalışan avtosalona basqın etdi VİDEO

7-11-2017, 17:13           

Salonlarda müştəriləri aldadan dələduzlar işləyibmiş

Rusiyanın paytaxtı Moskvada alıcılarınına qarşı dələduzluq edən avtosalonlarda əməliyyat keçirilib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları paytaxtda yerləşən bir neçə avtosalona basqın ediblər.

Rusiya DİN-nin nümayəndəsi İrina Volkun sözlərinə görə, salon əməkdaşları alqı-satqı zamanı dələduzluğa yol veriblər. Belə ki, onlar internet vasitəsilə təzə maşınları daha sərfəli qiymətə satışa çıxarıblar. Alıcı müqavilə imzaladıqdan sonra salon əməkdaşları sənədləri saxtalaşdırıblar. Nəticədə razılaşmada olan qiymətlə onlara deyilənlərin fərqli olduğu üzə çıxıb. Və ya müştərilərə eyni məbləğə köhnə maşın almaq təklif edilib.

"Bu yolla müştəriləri onlar üçün uyğun olmayan şərtlərlə maşın almağa məcbur ediblər. Vətəndaşlara dəyən ümumi ziyanın məbləği 50 milyon rubdan çoxdur.

Avtosalonlarda aparılan axtarış zamanı polis 250-dən çox maşın, sənədlər, elektron informasiya daşıyıcıları, möhürlər müsadirə edib. Dələduzluqda əli onların şəxsiyyətləri müəyyən edilib. Onların 22-34 yaş arası olan gəlmələr olduğu bəlli olub".

Ehtimal edilir ki, saxlanılanlar arasında azərbaycanlılar da var. Onların adları açıqlanmayıb.

Dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.