Səudiyyə Ərəbistanında həbslər: Korrupsiyaya qarşı mübarizə "sadəcə başlanğıc"dır
7-11-2017, 20:35
Səudiyyə Ərəbistanında onlarla nazir, sahibkar və kral ailə üzvünə mənsub şəxslərin həbsi, korrupsiya əleyhinə mübarizənin yalnız başlanğıcıdır, Baş prokuror bildirir.
Şeyx Səud əl-Mücibin açıqlamasında həbslər "bütün sahələrdə korrupsiyanın kökünün kəsilməsi üzrə həyati əhəmiyyətli prosesin başlanğıcı" kimi təsvir olunur.
Səudiyyənin biznes və siyasi rəhbərliyində genişmiqyaslı həbslər barədə məlumat bazar günü yayılmağa başlayıb.
Belə düşünülür ki, korrupsiyaya qarşı kampaniya vəliəhd Məhəmməd bin Salmanın nüfuzunu artıra bilər.
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman
Səudiyyə kralı oğlunu vəliəhd təyin edib
Səudiyyə vəliəhdi haqqında bilməli 5 məqam
Səudiyyə kralı Cakartada: böyük baqaj, limuzinlər və 800 nəfərdən ibarət heyət
Səudiyyə Ərəbistanı: korrupsiya ilə bağlı şahzadələr saxlanılıb
32 yaşlı vəliəhdin rəhbərlik etdiyi korrupsiya əleyhinə mübarizə qurumunun göstərişi əsasında 11 şahzadə, 4 hökumət üzvü və onlarla sabiq nazir həbs olunub.
Həbs olunanlar arasında məşhur milyardçı sahibkar - şahzadə Əl Valid bin Talalın olduğu da xəbər verilir.
ABŞ prezidenti Donald Trump Səudiyyə hakimiyyətinin addımlarını dəstəkləyib.
"Mənim kral Salman və Səudiyyə vəliəhdinə böyük etimadım var, onlar nə etdiklərini çox yaxşı bilirlər", ABŞ lideri tvitləyib.
"Onların sərt davrandıqları şəxslərdən bəziləri öz ölkələrini illərdir ki, "sağıblar".
Seysmik dəyişikliklər
Səudiyyə Ərəbistanında qarışıq və sürətlə dəyişən bir vəziyyət yaranıb.
Ərəb dünyasının ən zəngin dövləti 85 illik müstəqilliyi ərzində misilsiz dərin dəyişikliklərlə üzləşir.
Hakim dairələrə məxsus aparıcı fiqurların açıq-aşkar və alçaldıcı şəkildə vəzifədən uzaqlaşdırmaqla həbsini cəmi üç il əvvəl təsəvvürə gətirmək olmazdı.
Lakin mühafizəkar, ağır və riskdən çəkinən köhnə Səudiyyə Ərəbistanı yeni menecment tərəfindən idarə olunur.
Belə görünür ki, korrupsiyaya qarşı rəsmi kampaniyanın başında duran vəliəhd Məhəmməd bin Salman müasirləşməni həyata keçirməkdə və müqavimət göstərən dünyəvi və dini müxalifəti aradan qaldırmaqda qərarlıdır.
O, gənc səudiyyəlilər arasında populyardır. Lakin tənqidçilər hesab edir ki, onun riskli oyunu əks-müqavimət yarada bilər.
Şeyx Səud əl-Mücibin açıqlamasına əsasən təhqiqatın "birinci mərhələsi" başa çatıb.
"Artıq xeyli dəlil toplanılıb və hazırda ətraflı dindirilmələr həyata keçirilir", - açıqlamada deyilir.
"İndiyədək şübhəli tanınanların hamısı hüquqi dəstəklə təmin ediləcək, dinləmələr vaxtında və şəffaf şəkildə keçiriləcək".
Korrupsiya barədə məlumatın yayılması Yəmənlə həmsərhəd bölgədə Asır vilayətinin qubernator müavini, şahzadə Mansur bin Muqrinin ölümünə səbəb olmuş helikopter qəzası ilə bağlı araşdırmaya təsadüf edib.
Hadisə bazar günü, şahzadə bin Muqrin təftişdən qayıdarkən baş verib.
Mərhum, kəşfiyyat idarəsinin sabiq rəhbəri və 2015-ci ilin yanvar və aprel ayları arşında vəliəhd olmuş Muqrin bin Əbdüləzizin oğlu idi.
O, vəzifədən şahzadə Məhəmmədin atası, 81 yaşlı kral Salman tərəfindən kənarlaşdırılmışdı.
Saudi Press Agency agentliyinə əsasən helikopterdə şahzadə ilə yanaşı daha 7 rəsmi olub. Onlar Abha şəhərinin qərbindəki sahil layihələrinə baxış keçirirdilər.
Qəzanın səbəbləri müəyyən edilməyib.
Əl-İkhbariya dövlət agentliyinin Twitter hesabında qəzaya uğramış helikopter və hadisədən əvvəl çəkilmiş rəsmilərin fotoşəkli yerləşdirilib.
قناة الإخبارية ✔@alekhbariyatv
صور | مكان سقوط المروحية التي كانت تقل نائب أمير منطقة #عسير ومرافقيه في محمية ريدة. #الإخبارية #منصور_بن_مقرن
1:30 PM - Nov 6, 2017
29 29 Replies 172 172 Retweets 66 66 likes
Səudiyyə Ərəbistanı son iki il yarım ərzində husi üsyançılarına qarşı mübarizədə Yəmən hökumətini dəstəkləyən koalisiya qüvvələrinə rəhbərlik edir.
Daxili İşlər Nazirliyi qəza ilə Yəmən münaqişə arasında əlaqə olub-olmadığı barədə məlumat vermir.
Lakin şənbə günü Səudiyyə hərbiyyəsi paytaxt Ər-Riyyad yaxınlığında Husi üsyançıları tərəfindən buraxılmış ballistik raketi məhv edib.
BBC