Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi

16-01-2018, 18:05           

teref.az - Paytaxtın qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir.
Rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində Bibiheybətdə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Şahin Ağayev bildirmişdir ki, qəsəbədə hazırda 2335 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşmışdır.
Bildirildi ki, ötən il Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilmiş, yolun kənarına bordürlar düzülmüş, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulmuşdur. Qəsəbədə işıq dirəkləri dəyişdirilmiş, hasar və divarlar rənglənmiş, yararsız vəziyyətə düşmüş 120 p/m kanalizasiya xətti yenilənmiş, sakinlərin müraciətləri nəzərə alaraq əczaxana təmir olunmuş, Namiq Quliyev kücəsinə, Şıx massivində məhəllədaxili yolların bir hissəsinə 4.000 kv.m.asfalt örtüyü salınmışdır.
RİH tərəfindən «Dostluq parkı»ndan Lökbatan dairəsinə kimi ərazidə yaşıllaşdırma işləri aparılmış və yaşıllıqlara qulluq göstərilmişdir.
Qəsəbə nümayəndəliyinin inzibati binası təmir olunmuş, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılmışdır. Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır, nümayəndəlik tərəfindən gündəlik iş prosesində ev təsərrüfatları uçotu kitablarındakı məlumatların yenilənməsi işləri davam etdirilmişdir.
RİH tərəfindən «Şıx» yamacında yaradılan «Ekoloji park»dakı işlərə gündəlik nəzarət olunur, burada əkilən ağacların damcı üsulu ilə suvarılması və onlara qulluq göstərilməsi nəzarətdə saxlanılır.
Ötən ildə müxtəlif bayramlara əlaqədar qəsəbə Mədəniyyət evi və 50 №-li orta məktəb kollektivləri tərəfindən müxtəlif ədəbi-bədii tədbirlər təşkil olunub.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə Səbail rayonu və onun qəsəbələrinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun qəsəbə və yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.