İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin Müraciəti - Terrorçunun vətəni və milliyyəti olmur
28-11-2015, 21:27
İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin
Müraciəti
Terrorçunun vətəni və milliyyəti olmur.
Din pərdəsi altında Azərbaycan dövləti əleyhinə terrora cəhd göstərmək istəyən Taleh Bağırzadənin haralı olması barədə bəzi mətbuat orqanlarında, televiziya verlişlərində,saytlarda, rəsmi din xadimlərinin çıxışlarında müxtəlif qeyri-obyektiv fikirlər söylənir. İsmayıllı rayon ictimaiyyəti qeyd etməyi vacib sayır ki, terrorçunun vətəni və milliyyəti olmur. Bir halda ki, T.Bağırzadənin Lahıcdan, İsmayıllıdan olması barədə əsassız iddialar ortaya atılır, biz məsələyə dəqiqlik gətirməyə və bütün ünvanlara bu dəqiqliyi çatdırmağa ehtiyac duyuruq.
Dini ekstremist T.Bağırzadənin atasının babası Ağabala Bağırov 1940-cı illərin sonunda Kənəyə kəndindən Talıstan kəndinə köçüb. Babası Əliqulu Bağırov həmin kənddəki kolxozda sürücü işləyib. Atası Kamil Bağırov isə orta təhsildən sonra Talıstandan Bakı şəhərinə gedib, orda ailə qurub, maşın təmiri ustası işləyib. Tanınmış usta olduğu üçün televiziya verlişində də çıxış edib. Taleh Bağırzadə Bakıda doğulub orta təhsilini də orda alıb. Talıstanlıların dediyinə görə, T.Bağırzadə və atasının İsmayıllı və Talıstanla əlaqəsi yoxdur.Tarixən dövlətçilik mövqeyində olan Lahıc qəsəbə sakinlərinin fikrini ifadə edən Fikrət Haqverdiyev, Nəzər Əliyev, Hüseynağa Kamilov, Dadaş Əliyev və başqaları xahiş edirlər ki, dövlətimiz əleyhinə olan, ona qarşı silahlı dəstə düzəldən Taleh Bağırzadə kimiləri Lahıcla əlaqələndirməsinlər, bu adları yanaşı çəkməsinlər.
Düşmənlərimizin çoxaldığı bir zamanda onlardan birinin və ya ikisinin sifarişini yerinə yetirən dini ekstermist Taleh Bağırzadəni bütün İsmayıllı ictimaiyyəti lənətləyir. Cəbhə zonası əvəzinə Nardaran küçələrində barrikada quranlara da deyirlər ki, odla oynamasınlar. Haqqa qarşı çıxanlar mütləq haqlı cəzalarını alacaqlar. Bu həm Allah tərəfindən, həm də dövlət tərəfindən olacaq.
Biz qətiyyətlə bəyan edirik ki, xalqına xoşbəxt həyat yaşadan, ümummilli liderimiz Heydər Əliyevin yüksəlişə gedən yolunu inamla, yaradıcılıqla , dəyanətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə birgəyik, yaşımızdan asılı olmayaraq bütün məsələlərin həllində onun sıravi əsgəriyik.
Abduləli Əliyev – Rayon Veteranlar Şurasının sədri
İnqilab Həsənov – Rayon ağsaqqallar Şurasının sədri
Şahzadə Bilalov – “Cümə” məscidinin imamı
Aydın Əzizov – Əməkdar müəllim, Talıstan kənd tam orta məktəbinin
direktoru
Hikmət Haqverdiyev – Əməkdar müəllim, Lahıc qəsəbə tam orta məktəbinin
direktoru
Xuraman Qurbanova – Gəndo kənd ümumi orta məktəbinin direktoru
Gözəl Osmanova- Dövlət qulluğu veteranı
Ağakərim Novruzov – “Məhəmmədiyyə” məscidi dini icmanın üzvü
Fərman Bəşirov- Təhsil veteranı və başqaları