Güclü insanlara qayğı göstərin.
20-07-2023, 00:07
Güclü insanlar zəiflərdən qat-qat müdafiəsizdirlər. Qasırğa zamanı çevik qamış əyilir və xışıltı verir, şam ağacı isə sadəcə qırılır və əbədi olaraq ölür - çinlilər deyirlər və çinlilər nə dediklərini bilirlər.
Güclü insanlar tək özlərinə cavabdeh deyillər. Və hətta tək sevdiklərinədə cavabdeh deyillər. Onların orbitinə düşən bütün dünya üçün məsuliyyət daşıyırlar. Çünki güc cəlb edir - fiziklər belə deyirlər və onlar da nə danışdıqlarını bilirlər.
Güclü insanlar hamıdan daha sağlam və güclü deyillər. Sadəcə dəqiq bilirlər ki, kimsə onlardan asılı olduğu halda huşunu itirib ölməyə haqları yoxdur. Onlar infarkt zamanı suya tullanıb, boğulan uşağı üzərək sahilə çıxardar, başqa heç nəyin onu təhdid etmədiyinə əmin olar və yalnız bundan sonra huşlarını itirərlər. Həkimlər belə deyirlər - və həkimlər həyatları boyu fiziklər və çinlilərin birlikdəı gördüklərindən daha çox möcüzə görmüşlər.
Güclü insanlar əslində çox tənhadırlar. Və bu heç də ona görə deyil ki, yanlarında heç kimə dözmürlər. Sadəcə... onlar güclüdürlər, elə deyilmi? Heç kimin ağlına gəlmir ki, bu onlar üçün ağırdır, qorxuludur,onlar tənhadırlar və sadəcə sadəcə kədərlidirlər.
Güclü, səssiz insanlar yer üzündə gəzirlər. Onlarla uzlaşmaq həmişə asan deyil, həmişə xoş deyil, həmişə rahat deyil - lakin etibarlıdır. Bu, həmişə son anda köməyə gələn süvarilərdir.
Güclü insanlara qayğı göstərin.
Teref.az