Sibir sürgünündən qaçaraq Gəncəyə gələn və müstəqillik uğrunda mübarizəmizə qoṣulan Azərbaycan türkü Hüsaməddin Tuğac

20-07-2023, 13:24           
Sibir sürgünündən qaçaraq Gəncəyə gələn və müstəqillik uğrunda mübarizəmizə qoṣulan Azərbaycan türkü Hüsaməddin Tuğac
Balkan müharibəsində,eyni zamanda Birinci Dünya müharibəsi və Türkiyənin Qurtuluş savaşında iştirak etmiş,Sibir sürgünündən qaçaraq Gəncəyə gələn və müstəqillik uğrunda mübarizəmizə qoṣulan Azərbaycan türkü Hüsaməddin Tuğac haqqında.
Azərbaycanlı mühacirlərin xatirələrində adı o vaxtkı Gəncə Milli Komitəsinin icra heyətinin üzvü kimi çəkilən Hüsaməddin Tuğacın əsli Şəmkirin Qaracəmirli (Qaraca Əmirli) kəndindəndir. Onun haqqında məlumatı özünün xatirələrindən almaq olur. Belə ki, Hüsaməddin Tuğac xatirələrini 1966-cı ildə “Bir nəslin dramı” adlı kitabda Ankarada nəşr etdirmişdir.Bu kitab 1975-ci ildə İstanbulda “Çağdaş” yayınlarında da nəşr olunmuşdu.
Onun yazdığına görə, Hacıismayıl oğulları nəslindən olan atası Əhməd həcc ziyarətindən qayıdarkən Türkiyədə qalmış və orada ailə qurmuşdur. 1889-cu ildə Ərzurumun Həsənqala bölgəsində (ilçəsində) hərbçi yüzbaşı Hacı Əhməd Əfəndi və Fatma xanımın ailəsində do-
ğulan Hüsaməddin 1910-cu ildə hərbi məktəbi bitirdikdən sonra Bağdadda, Balkan müharibəsində (1912-1913) və Şamda xidmət etmişdir.
1913-cü ildə hərbi məktəbdə yavərlik etmişdir. Birinci Dünya müharibəsi illərində Sarıqamışda vuruşan 9-cu kolordunun zabiti, üsteğmen Hüsaməddin bəy 9 yanvar 1915-ci ildə Qafqaz cəbhəsində Sarıqamış döyüşü zamanı ruslara əsir düşüb.
Yüksək rütbəli bir zabit kimi, həm də ehtimal ki, Osmanlı Ordusu komandanı Ənvər paşaya çox oxşaması səbəbiylə onu Rusiya Qafqaz Cəbhəsi komandanı general Yudeniçin buradakı qərargahına gətirirlər.
Beləcə, Hüsaməddin Tuğacı digər türk zabit və əsgərləri ilə birgə Rusiyanın
ucqarlarına sürgünə aparırlar. Qatar əvvəlcə Gəncə, Bakı və Petrovskdan keçir. Hüsaməddin bəy ona ayrıca və təmtəraqlı vaqon-otaq ayrılmasının səbəbini Petrovska çatanda anlayır.
Bunun səbəbi rusların onun Ənvər paşaya oxşarlığından faydalanmaq istəməşi və yerli əhalinin xüsusi vaqonda aparılanın əsir alınmış,Ənvər paşa olduğunu zənn etməsi olmuşdu.
1915-ci ildə qatar Samara stansiyasında olarkən olanları Hüsaməddin bəy
belə təsvir edirdi: “Qatarlardakı türk əsirlər qarantin var deyə olduqları heyvan vaqonlarında kilidli qapılar arxasında həftələrlə ac və susuz buraxılmış, hamısı
aclıqdan, susuzluqdan və xəstəlikdən olmüşdü.
Hüsaməddin burada tanış olduğu baqqal mağasının sahibi olan tatardan aldığı tatar dilindən qəzet və jurnalları da oxumağa fürsət tapırdı. Samarada Hüsaməddin bir neçə ay davam edən tif - qarın yatalağı xəstəliyinə tutulub və bu şəhərdəki hospitala yerləşdirilib.
Dəfələrlə ölümü göz altına alan Hüsaməddin sağaldıqdan sonra
Sibirə sürgün davam edib.Tuğac Çelyabinsk, Tomsk və nəhayət, İrkutskda məşəqqətli həyata dözməli olur. Burada o, ahıskalı İsmayıl Haqqı və Şimali Qafqazdan olan Okkaş adında dostlarının köməyi ilə qaçmağı planlayır.
Bir neçə aydan sonra daha iki sürgün
yoldaşıyla birgə düşərgədən qaça bilsə də tezliklə ələ keçirilib yenidən İrkutska
qaytarılır. O, xatirələrində sürgün yoldaşları ilə birgə rusların icazəsi ilə qəzet belə nəşr etdiklərini, hətta “Baykal türklərinin tarixinə dair məqalələr üzərində işlədiyini” qeyd edir. Sibir sürgünü ümumən iki il yarım çəkir.
1917-ci ildə Rusiyada baş qaldıran hərc-mərclik zamanı Hüsaməddin təkrar sürgündən qaçır. Sibir şəhərlərindən keçir, Orta Asiyaya çatır. Qırğız Xalq Komitəsinin köməyi ilə saxta sənəd düzəltməyə müvəffəq olan Tuğac Daşkəndə, sonra Krasnovodska gəlir, buradan gəmi ilə Bakıya gəlir.
Bakıda o, Məhəmmədəmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşür. “İlk görüşdüyüm Bakı Milli Komitəsinin sədri Əlimərdan bəy məndə böyük təəssürat yaratdı”. Hüsaməddin bəy Bakıda qaldığı 3 gün ərzində baş verənləri təsvir edərkən yerli müsəlman və türklərə düşmən mövqedə duran erməni əsgərləri və Biçeraxovun quldur dəstələrinin Bakı əhalisi üçün ciddi bir təhlükə törətdiklərini bildirirdi.
Nəhayət, Hüsaməddin bəy Gəncəyə yollanır. Gəncədə qaldığı mehmanxananın sahibi, hələ sürgünə yollanarkən yaxınlıqdakı Dəllər stansiyasında ötəri söhbət etdiyi gəncəli Sarı Əliəkbər İmamqulu oğlu olur. Dəllər stansiyasında söhbət etdiyi zaman o, Sarı Əliəkbərə atasının Gəncə vilayətinin Şəmkir elinin Qaraca Əmirli kəndindən olduğunu demişdi.
Tuğacın qayıtması Gəncədəki azadlıq hərəkatının rəhbərləri üçün əlverişli
idi. Onu Gəncə Milli Komitəsinin sədri Nəsib bəy Yusifbəyli ilə görüşdürürlər və o, Komitənin icra heyətində yer alır:
“Gəncədə Milli Komitə rəisi Nəsib bəy
Yusifbəyli və son dərəcə türkçü bir gənclik mühiti ilə tanış oldum... Tanış olduğum gənclər arasında şair Əhməd Axundzadə gözəl və duyğulu şeirləri, içindən daşıb tökülən milliyətçi varlığı ilə məni özünə bağladı”.
O, Gəncədə Əliəkbər Rəfi bəyli ilə də tanış olur. Nəsib bəy Yusifbəyli ondan əhalini təşkilatlandırıb, onlara hərb sənətini öyrətməyi xahiş edir: “Bura da Türkiyə sayılmırmı, buradakı xidmət də türk millətinə xidmət deyilmi?”. “Nəsib bəy haqlı idi, təşkilata və təlim-tərbiyəyə girişdim”.
Hərb sənətinin hərtərəfl i öyrədilməsinə, silahla davranışların aşılanmasına, eləcə də yeni silahların əldə olunmasına böyük ehtiyac duyulduğu üçün bu işlər dərin hərbi təcrübəyə malik Hüsaməddin Tuğaca tapşırılır. Milli Komitənin Sarı Əliəkbər və Nağı bəy Şeyxzamanlının rəhbərliyi altında iki silahlı dəstəsi vardı.
Tezliklə xüsusən gənclərin hərbi vərdişlərə yiyələnməsi üçün Gəncənin bir neçə yerində, o sıradan Uğurlubəy karvansarasının geniş həyətində təlim meydanları fəaliyyətə başlayır, ilk döyüş sınağı da həyata keçirilir. Şəmkirin Dəllər stansiyasında, cəbhədən dönən rus əsgəri hissələri tərksilah edilir və əldə olunan silahlar hesabına Gəncə Milli Komitəsinin cəbbəxanası gücləndirilir.
H.Tuğacın Gəncədə ən yaxın dostu Nağı bəy Şeyxzamanlı idi. O yazırdı ki, Nağı bəy mənə nəinki yaxın məsləkdaş, həm də sanki qardaşdır. Nağı bəyin anasını özünə ana hesab edirdi. Milli Komitə sədri ən vacib tapşırıqları bu iki dosta həvalə edirdi.
Hüsaməddin Tuğac Gəncədə olarkən 6-cı ordu ilə əlaqə yaradandan sonra,
3-cü Qafqaz ordusu ilə əlaqə yaratmaq üçün şəxsən getməyə qərar verir. Buna
etiraz etməyən Nəsib bəy Yusifbəyli Gəncədəki 3 partiyanın təmsilçilərinin də
razılığı ilə Gəncə və Bakının, eləcə də bütün Azərbaycanın xilası naminə Osmanlı ordusunu Azərbaycana dəvət etmək üçün onu və Nağı bəy Şeyxzamanlını təmsilçi olaraq Ənvər paşanın yanına göndərdi.
Xatirələrində Azərbaycanın üç əsas partiyasının Osmanlı dövləti və türk qoşunlarının Azərbaycana çağırılması ilə bağlı mövqeyini əks etdirən H.Tuğaç yazır: "Bir axşam Nəsib bəy
məni bir toplantıya dəvət etdi. Bu üç partiyanın təmsilçilərinin arasında bir görüş idi. Toplantıda Ədəmi Mərkəziyyət Müsavat Partiyasının və Gəncə Milli Komitəsinin sədri Nəsbi bəy Yusifbəyli,
İttihad İslam Partiyasındandan doktor Xudadat bəy Rəfibəyli, Sosialist Partiyasından isə doktor Aslan bəy Safiyurdlu iştirak edirdilər. "
Müzakirə başladı və bu fikirlər aydın oldu:
- Nəsib bəy Müsavat Ədəmi Mərkəziyyət Partiyasının proqramına uyğun olaraq ―ədəmi
mərkəziyyət,yəni muxtariyyət üsulu ilə bir idarəçiliyin qurulmasını şərt olaraq irəli sürürdü.
- Xudadat bəy heç bir şərt irəli sürmürdü. "Türk ordusu gəlsin, sultan istəyirsə Azərbaycana muxtariyyət verər. İstəyərsə Azərbaycanı Türkiyəyə ilhaq edər. Özü bilər deyirdi".
Arslan bəy əvvəlcə öz siyasi mövqeyini açıqlamağı lazım bildi və belə dedi: "Bəli, mən sosialistəm, amma türk sosialistiyəm. Sonra isə türk qardaşlarımız gəlsin. Başımız üstündə yerləri var. Amma qətl gətirməsinlər" - dedi.
Azərbaycanın düşdüyü vəziyyətin qaçılmaz reallığı olaraq hər üç partiya da türk ordusunun Azərbaycanı gəlməsi fikrinə tərəfdar idi.
Onu da qeyd etmək lazımdır ki, Hüsaməddin bəy ilə Nağı bəy Batumdan
Trabzona gedən gəmidə bir erməni ilə gürcünün danışığından erməni daşnak
cəmiyyətinin rusların tərk etdikləri türk bölgələrində bir qətliam tərtip edərək,
gələcəkdə Ermənistan qurmaq istədikləri bu yerlərdə heç bir türk qoymayacaqlarını və gürcülərə də öz bölgələrində eyni qətliamı törətməyə sövq etdiklərini
eşidirlər. Bu məlumat onları dəhşətə gətirir və bunu Vəhib paşaya çatdırmağa
tələsirlər.
Tuğac və Nağı bəy 1918-ci ilin fevralında 3-cü Qafqaz Ordusu komandanı Vəhib paşanın qərargahına gəlirlər.Hüsaməddinin atası, 1904-cü ildə şəhid olmuş yüzbaşı Hacı Əhmədlə Vəhib paşa əvvəllər döyüş dostu olublarmış.
Onların gətirdiyi məlumatlar qiymətli olduğu üçün bu haqda Ənvər paşaya məlumat verilir. Ənvər paşa heyəti İstanbula görüşə dəvət edir. Hüsaməddin Tuğaca türk dünyasına xidmətləri müqabilində yüzbaşı rütbəsi verilir və Nuru paşa komandanlığında türk qüvvələrinin Azərbaycana yardımı həllini tapır.
3 illik fasilədən sonra Hüsaməddin Osmanlı Ordusunda xidmətinə qayıdır və Şərq Cəbhəsində vəzifə borcunu yerinə yetirir, 1919-cu ildə İstanbul Hərb Akademiyasını da bitirir. 1921-1924-cü illərdə Gürcüstanda, Türkiyənin Tifl isdəki Hərbi Attaşeliyində, həmçinin Türkiyə Böyük Millət Məclisinin Qafqaz Siyasi Nümayəndəliyində çalışır.
1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət Milli Əmniyyət Təşkilatının İstanbul və Diyarbəkir bölgələri üzrə müfəttişliyində, 1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə, 1937-ci ildən Xarici İşlər Nazirliyində və digər mühüm dövləti vəzifələrində işləyir, kurmay yarbay (podpolkovnik) hərbi rütbəsinə yüksəlir.
Tuğac üç dəfə Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və Ağrı bölgəsindən millət vəkili seçilir. O, 1920-ci ilin iyulundan 1923-cü ilin avqustunadək Atatürkün başlatdığı İstiqlal Savaşında da iştirak etmiş, millətin xilası və onun tərəqqisi, “mövcudiyyətinin yeganə təməli olan Cümhuriyyət” (M.K.Atatürk) uğrunda dönməz mübarizlər sırasında yer alıb.
O, Mustafa Kamal paşa və İstiqlal Savaşının digər rəhbərlərinin ən yaxın silahdaşlarından olmuşdur. Hüsaməddin Tuğac 1975-ci ilin yanvarın 5-də 86 yaşında vəfat edib. Onun məzarı Türkiyənin və Azərbaycanın bir çox cümhuriyyətçi mübarizlərinin uyuduğu Əsri məzarlığındadır.
Mənbə:
1."Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri".Onuncu buraxılış.Bakı-2018.
Məqalənin adı və müəllifi:Balkan müharibəsi,Ṣərq cəbhəsi və İstiqlal hərbində Azərbaycan türkləri.
İ.M.Məmmədova
2.Lənkəran Dövlət Universiteti."Elmi xəbərlər" jurnalı.Nömrə 1.2019-cu il
Məqalənin adı və müəllifi:Yücəl Karauz
tarix üzrə fəlsəfə doktoru
"Azərbaycan və Nargin əsir düşərgəsi türk əsirlərinin xatirələrində"
TEREF.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.