"DƏYƏRSİZ" İNSANLARIN DƏYƏRLƏNDİRDİYİ MƏMLƏKƏT.. ZƏRDABİNİN ƏLLƏRDƏ GƏZƏN SÜMÜKLƏRİ..

23-07-2023, 00:06           
"DƏYƏRSİZ" İNSANLARIN DƏYƏRLƏNDİRDİYİ MƏMLƏKƏT..
Niyə bu məmləkətdə canını Vətən,millət üçün fəda edən insanlara dəyər verilmir?
Zamanında bu insanlara dəyər verməyə nələr və kimıər mane olur?
Yoxsa dəyər verməli olanlar kimlərinsə qorxusundan dəyər verə bilmədiklərini etiraf etməkdən qorxurlar?
Yoxsa özləri milləti məhv etmə projesinin içində olub,millətin qəsdinə dururlar?
Gerçəkliklər nə vaxta kimi gizlədiləcək?
Azərbaycan mətbuatının banisi hesab etdiyimiz Həsən bəy Zərdabi millətin balalarının təhsil alması üçün nə əzablı yollar keçib.Bu gün millətə xeyriyyəçi kimi sırınan agalar,neftxudalar niyə dəstək vermirdi Həsən bəyə,nə mane olurdu?(Kimsə mənə haradansa oxudugu hansısa xeyriyyəçilik nagılı danışmasın,gerçək tarixi açdırmayın mənə..)
İki qəbristanlıqdan sümükləri eşilib cıxarılan Həsən bəyin sümüklərindən belə qisas almaga çalışanlar kimlər idi?
Bu böyük şəxsiyyətin sümüklərinin övladı tərəfindən illərlə evində gizlədilməsi kimlərə həzz verirdi?
BİZİ DƏYƏRLƏNDİRƏNLƏRİ ZAMANINDA DƏYƏRLƏNDİRMƏ CÜRƏTİNİ ÖZÜMÜZDƏ NƏ VAXT TAPACAGIQ???
Kamran Güllər
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.