Peyğəmbər nəsli, 1-ci yazı.
24-07-2023, 10:05
Hardansa şimaldan, ola bilsin İrandan, ola bilsin Orta Asiyadan gələn Fihr ibn Malik adında bir tacir adam böyük ailəsi ilə Məkkəyə yerləşir. Ailə yerli ərəblər tərəfindən Kureyş adlanır. Bəzi versiyaya görə Fihrin əsl adı elə Kureyş olub (versiya çoxdur)
Ailənin ərəb olmamasına dəlil daha çoxdur. Çünki ərəblərdən fərqli olaraq kureyşlər orta boylu, açıq rəngli olublar, elə peyğəmbərin də zahiri haqqında yazılan bütün mənbələrdə, ərəblərdən tam seçildiyi bildirilir. Kureyşlər özlərindən qız alıb, qız verib, Məkkə içində klanlaşmağa, nüfuz qazanmağa, təşkilatlanmağı bacarırlar.
Həcc ziyarəti İslamdan əvvəlki adətdir. Kəbə ətrafında qəbilələrin tanrılarının heykəlləri olar, zəvvarlar onların başında fırlanmaqla yaradıcı saydıqları varlıqlara hörmətlərini göstərər, Hacı adı alıb çıxıb gedərdilər. Dağılmış Kəbəni təmir edən kureyşlər də məkanı coğrafiyanın ticarət mərkəzinə çevirməyi bacarırlar. Fihrin 7 nəsil sonrakı nəvələri Kusay ibn Kilabın başçılığı ilə artıq 550-ci ildə tamamən Məkkə və Kəbənin kontrolunu ələ ala bilirlər. Kureyşlər alverin artması üçün, zəm-zəm bulağını təmir edir, hər qəbilənin tanrısını heykəlini Kəbə ətrafına dikərək müqəddəs məbədin nüfuzunu qaldırırlar. Ərəbistan coğrafiyasının fərqli ərazilərindən Hacılar tanrılarını görmək üçün Kəbəyə axışdıqca Kureyşlər varlanmağa davam edir.
Bir də görürsən kimsə yazır, Məhəmməd kasıb idi. Yox Kureyşlərin hamısı zəngin olub. Sadə dildə anlatım, Məkkəni bizim Sədərək ticarət mərkəzi böyüklükdə şəhər düşünün, ortasında Kəbə, ətrafında kureyşlərin dükanları. Hər ailənin öz biznes xətti, mülkü var idi.
Zənginlik, biznesi dəfələrlə vurğuladım, çünki savaş da bu üzdən başlayır. Bildiyiniz kimi 613-cü ildə Məhəmməd islami təbliğata başlayır, nəsil parçalanır. Gənclər inqlabçı, yeni ideyaçı Məhəməddin tərəfini tutsa da, yaşlılar düzənin pozulacağından qorxub mühafizəkarlıq edirlər. Yaşlılar çəkinir ki, Allah bir olsa, fərqli tanrılara inanan hacılar Məkkəyə gəlməyəcək, alver öləcəkdir.
Kireyş yaşlıları ilk illər sadəcə övladlarını peyğəmbərdən uzaq tutmaqla prosesin qarşısını almağ çalışırlar. Məhəmmədə heçnə edə bilmirlər, çünki qan davasından çəkinirlər. Məhəməddin yanında ən yaxın uşaqlıq dostu və qohumu Əbu Bəkr, arxasında isə 10dan çox əmisi var idi.
Qeyd edim, əmilər İslamı qəbul etməmişdilər. Sadəcə vəfat etmiş qardaşdan qalan yadigara yiyə durmağı vacib sayırdılar. Əmilərin içində Məhəmmədi oğullarından ayırmayan, Əlinin atası Əbu Talib və igidliyi ilə ad çıxarmış Həmzə daha çox seçilirdi. Qarşı tərəfdə də peyğəmbərə düşmən ailə üzvü az deyildi, misalən kiçik əmisi Əbu Ləhəb (Əbu Süfyan).
Orxan Atabəy
Teref.az