DƏNİZDƏ BOĞULANLARIN DA TƏQSİRİ

24-07-2023, 12:04           
DƏNİZDƏ BOĞULANLARIN DA TƏQSİRİ
Yayın əvvəli, göl, çay, dənizlərdə çimmək müvsümünün başlanğıcıyla sularda batanlar haqqında xəbərlər hər il yayılır. Bu il də eləcə. Yalnız son günlər xilasetmə zamanı Naxçıvanda göldə batan və dənizdə batanlar haqqında bir neçə məlumat oxudum.
Xilas zamanı batan istisna, bunun bir səbəbi FHN və Dövlət Sularda Xilasetmə Xidməti - DSXX-nin üzərindədirsə, bir qismi də çimənlərin, bəxti gətirməyib batanların özünün ehtiyatsızlığı, səhlənkarlığı və savadsızlığı nədənindəndir.
Bu acı həqiqəti etiraf etmək gərək.
Xəzərdə batan idmançı görkəmli, əzələli qolları və bədəni göz oxşayan neçə gəncin şəkli Facebooku dolaşıb. Səviyyəli idmançıya oxşayan gənclər ickili ya narkotikli deyilsə, çiməndə niyə batmalıdır? Axı bədən tərbiyəsi, fiziki mədəniyyəti, sport kültürü deyilən bir şey var. Pəhləvan bədəni niyə insanın köməyinə gəlmir, əzələli qolları və qıçları niyə gəncin üzüb sahilə çatmasına yardım etmir?
Əvvəla, dənizin, dalğaların gücü elə nəhəngdir ki, qarşısında insanın güçü, istər böyük əzələli olsun, istər arıq və zəif, elə bir fərqi və önəmi yoxdur. Amma bilik və bacarıqların, üzmək və davranış texnikasının və təcrübəsinin böyük önəmi var.
Şəkildən görünür ki, batan 20-25 yaşlı gənc üzgüçülüklə məşğul olmayıb, bu aydın. Üzgüçülərin əzələləri, bədəni başqa biçimdə olur.
Maraqlanıb öyrəndim ki, həyatını itrən gənclərdən birinin əsas məşqlərii trenajörlərdə olub. Belə cavabı gözləyirdim. Yalnız trenajörlə məşğul olanların nəfəsi, yəni nəfəsalma qabiliyyəti, - rusca buna "дыхание" deyirlər, - ürək və ağ ciyərlərinin inkişafı adətən bədən və çiyin əzələlərinin inkişafından, həcmi və çəkisindən, eləcə də ürək-bədən çəkisi nisbətindən geri qalır.
Bu dediyim amillər adamın üzgüçülük və ya sadəcə dənizdə çimmək, dərində üzmək imkan və bacarığına mənfi təsir göstərərək ehtiyatsızlıq ya sahildən uzaqlaşmaq hallarında boğulma riskini və ehtimalını artırır...
Bu qanunauyğunluğu çoxdan bilirəm, 1970-ci illərin ortaları, sonunda özüm bodibildinqlə məşğul olub 10 kilo çəki yığan zamanlarda. İdman kitabları, dərsliklərində də yazılıb. Amma indi kitab oxuyan kimdir?
Bu bilgi 2005-06-cı illərdə Novxanının köhnə adı "Gəmiqaya" motelinin çimərliyində xilaskar işləyəndə bir daha təsdiq olundu. Bizim təhlükəsizlik xidməti, indini bilmirəm, o vaxtlar tanınan P.S.S. şirkətinin əməkdaşlarından bir neçə gənc yaxşı üzmək öyrənmək istədiklərini dilə gətirdilər və məndən məşqçilik istədilər. Razı oldum, təbii - həmişə üzgüçülüyü təbliğ etmişəm, öyrətmişəm. .
Məşq zamanı məlum həqiqət, istənilən idman növləriylə - güləş, cudo, boksla məşğul olanların yalnız trenajör vasitəsilə əzələlərini şişirdənlər, kaçoklar üzərndə üstünlüyü dərhal ortaya çıxdı. Güləş , cudo, bokslçular üzmək təmrinlərini daha tez öyrənirdilər, həm hərəkətlərinin koordinasiyası, həm də nəfəsləri daha dərin, güclü və yaşı idi. „Kaçoklar“ isə tez yorulur, təngnəfəs oludular.
Məsələ burasındadır ki, idmançıların ürək əzələlərinin, divarlarının qalınlığı və gücü, ciyərlərin içinə daha çox hava və deməli oksigen çəkmək imkanı və qabiliyyəti, nəfəs sistemi daha güclü və artıq olur. Özəlliklə ancaq trenajördə məşq edənlərə nisbətən. Bu sonuncularda isə əksinə.
Dediyim kimi, hər hansı idman növüylə məşğul olanlar daha artıq və güclü olur, üzməyin təmrinlərini, texnikasını də da daha tez öyrənirdilər. Bu məlum və danılmaz bir faktdır.
Bəlkə yalnız trenajördə məşq edənlər kitab oxumurlar, bu sadə həqiqətləri bimir, ürək-damar sistemini gücləndirmək üçün piyada gəzmir, qaçmırlar?
Axı təhsilin səviyyəsinin düşməsi yalnız fizika, riyaziyyat, kimya, ədəbiyyat və b. fənnlərinə aid deyil, idman fənnlərinə də, bədən tərbiyəsinizn əsaslarına da aiddir. Ona də görə dənizdə çiməndə, üzəndə gənclər əzələli bədəninə, kimisə yıxmağı bacardığına arxayın olub sahildən uzaqlara, dərinə gedirlər, sonra isə qayıda bilmirlər...
Halbuki güclü üzgücü ya güləşçi olmaq üçün qol, çiyin və bədən əzələlərini şişirdib üfləmək lazım deyil, ürək damar sistemini məşq elətdirmək lazımdır…
Təbii ki, məsələ yalnız fiziki və texniki hazırlıqda deyil, bütün təhlükəsizlik qaydalarına riayət etmək lazımdır - FHN, DSXX təlimat və tövsiyələrinə əməl etmək, güclü küləkdə, böyük dalğada, təhlükəli qayalar arasında çimməmək, uzağa getməmək, suya içkili və çox yeyəndən sonra girməmək və b. balə məqamlar.
Dənizlə zarafat eməyin! Həmişə ehtiyatlı olun!
Fotonun müəllifi Orxan Mehdiyevdir. Bİlgəh və doğma Nardaran tərəflərə oxşayır.
Cingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.