Sahibsiz Karayım Türkləri...
24-07-2023, 12:34
Özünü Türk bilən hər kəs Litvada olarsa və dünyada mövcud olan Karayımların "Məkkəsi" sayılan Trakay şəhərinə baş çəkməsə bilinki o adam yalançı və saxta türkdür...
II Dünya Müharibəsi zamanı faşistlər karayımların hamısını həps etsələr də, Allahın möcüzəsi ilə onların bəziləri sağ qala bilib...
Bu gün Litvada cəmi 250 nəfər Karayım yaşayır, bir qisim Karayım Polşanın Qdanski şəhərində və bütün dünyada isə 50-100 min arası Karayım olduğu söylənilir.
20-ci əsrin əvvəllərində Avropada yarım milyondan çox Karayım olduğu deyilir. Əcaba bu millət buxarlandımı?... Utan dünya...
Karayımlar Semit (Yehudi) deyillər, Musəvi inancli qədim Türklərdir. Dini kitabları Tövrət, ibadət yerləri Ocaqdır. Karayımlarda Ocaqda ibadəti Ravin aparmır, Tövrəti bilən hər bir nüfuslu şəxs apara bilər. Müqəddəs kitabları Tövrət olsada, Karayımlar yəhidilər kimi Matriarxat deyillər, Patriarxatdırlar.
Təssüflər olsun ki, Karayımların tarixi bu günə kimi yetərincə öyrənilməyib...
Lütfən diqqətlə fikir verin, Isavilərin (Xiristianlar) ibarət evləri müxtəlif dillərdə tserkv, kerk, kostel, yəhudilər ibadət evinə sneqoq, müsəlmanlar məscid, came dediyi halda, Karayımlər məhz ibadət evinə OCAQ deyirlər. Ocaq. Müqəddəs Ocaq...
Bütün dünyaya səpələnmiş sayları 50-100 min civarinda olan Karayımlara bu günə kimi sahib çıxan bir türkü cümhuriyyəti yoxdur...
Dəfələrlə dispor komitəsi qarşısında məsələ qaldırıb Litvanın Trakay şəhərində 250 Karayımlara sahib çıxmalarını Diaspor Komitəsindən xahiş etsəm də, beynləri Lenin komsomolu ilə formalaşmış rəhbərlik qulaqardına vurib. Milli süurdan uzaq məmurlardan milli-mənəvi təəssübkeşlik gözləmək gülüşdü vallah..
Sizcə Karayımlara Israil Dövlətimi, Türkiyə Cümhuriyyətimimi, yoxsa Azerbaycan sahib çıxmalıdır?.. Dinəndə Türk Dünyasından danışırıq, Karayımlara gələndə elə bil bu dünyanın da başına daş düşdür...
Bütün bu problemləri əhatə edən suallara görəsən kim cavab verəcək...
Hələlik isə mehriban, səmimi, insansevər, tənha bir millət olan Karayım bacı və qardaşlarımla görüşmək ümidi ilə yemə sizinlə vidalaşıram..
Üzünüzdə bahar olsa da nədənsə köksümüzdə həmişə qışdır mənim Karayım bacı və qardaşlarım...
Ona görə ki, bütün türk dünyası hələdə yadlar tərəfindən idarə olunur... Yadlar isə sizləri heç vaxt doğma bilməyəcəklər...
Elman Mustafazade
Litva, Trakay şəhəri.
Teref.az