Batin alimi yazır: Aşuranın qısa batini mahiyyəti
28-07-2023, 09:08
Aşura sözü, qədim mənbələrdə Aşur, Aşşur, Azər kimi də qeyd olunan rəmzdir və bu rəmz altında bütün mənbələr qədim Misirin Asar Allahını nəzərdə tuturlar. Yunan və latın dillərində bu rəmz Osiris kimi qeyd olunur. Osiris haqqındakı rəvayətlərə görə, dünyaya hakim kimi doğulan bu Allah müəyyən bir dövrdən sonra qardaşı tərəfindən öldürülür və sandığa qoyulub çaya atılır. Lakin oğlu Qor onu tapıb, dirildir və o yenə dünyaya ağalıq edir. Qədim dünyanın əksər ölkələrində bu Asar Allahın ölüb-dirilməsi böyük bayram mərasimi kimi keçirilirdi. Bu əzadarlıq mərasiminin məhz imam Hüseynlə bağlılığını ilk dəfə misirşünas alim Erdman yazmışdır (məqalə: "Aşura haqqında əsl həqiqətlər", sayt:
http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1). İmam Hüseynin digər adı Sarallah olmuşdur ki, bu da Asar-Allah deməkdir. Deməli, Aşura - Asar Allahının ölüb-dirilməsi mərasimidir və qədimdə bu mərasim bayram sayılırdı. Kiçik Asiyada bu bayram Gilar bayramı adlanırdı. Gilar rəmzi sufi məntiqində "Gel şəhərində İlahdan yaradılmış Ra günəş Allahı" deməkdir.
Qədim Misir yazılarına görə Allah dünyanı, yəni göydəki Asar-Osiris Allahın ölüm şahlığını məhz Gel şəhərində yaratmışdır. Aşuri kitabı adlanan Tövrat, bilavasitə bu şəhərdə yaradılmış Asar-Osiris Allahına və onun daxilindəki cənnətə həsr olunmuşdur. Aşuranı xüsusi keçirən ifrat Gelat şiələrinin İsna-Aşəriyə dini də sufi məntiqində - "Sina, yəni Sünik dağında Süni şahları olan Gelarküni ərənşahlarının yaratdığı Aşur" Allahının dini mənasındadır. Tövratın batini mənalarına görə bütün İsrail/İzrail, yəni Azər-Elinin peyğəmbərləri məhz bu elin müqəddəsləridir. Mənbələrdə İsrail rəmzi Yaşar-El adlanır ki, bu da Aşur-Eli mənasındadır.
Qədim Misir yazılarına görə, Aşur-Asar Allahının sandıqda çaya atılmış meyidi Bibl, yəni Babil şəhərinə gəlib çıxır. Babil rəmzi "Allahın qapısı" deməkdir və bu qapı mənbələrdə Xalda (Xaldeya) qapısı da adlanır. Xalda/Xaldeya eli isə bizlərə azərilərin və ismaililərin Xelat, Gelat eli kimi məlumdur və bu rəmz altında məhz Gelar-Gelarküni eli başa düşülür. Başqa sözlə, Allahın qapısının yerləşdiyi Xalda eli elə Alban Ərənşahlarının Gelarküni yurdudur və Asar Allahın meyidinin yerləşdiyi sandıq da burada olmalıdır.
Mənbələrə görə, Gelarküni elinin altında Qarni mağarası olmuşdur ki, Qarni rəmzi batini mənada Aqar nəsli olan ismaililərin Qor yolu ilə gedən ilk Kari şiələrinin yurdu anlamındadır. Bu mağaranın Asar oğlu Qor Allahı ilə əlaqəsi o deməkdir ki, Asar-Osiris Allahının sandığı məhz bu mağarada qorunur. İslamda Tabuti-Səkinə adlanan bu sandıq Tövratda Əhd sandığı kimi qeyd olunur. Qurana görə axirətdə bu sandıq gələcək ki, onun içində Musa və Harundan (Aron/Aran) qalanlar olacaqdır. Batini mənada Musa rəmzi "yaradılmış ruh", Asar rəmzi isə "Ra günəşi ilə birləşmiş ruh"
deməkdir. Bu isə o deməkdir ki, Musa ruhu elə Asar Allahının ruhudur və o axirətdə üzə çıxacaqdır. Mənbələrə görə, axirətdə bu Əhd sandığı açılacaq və Asar Allahının ruhu göylərə qalxaraq göydə yeni Asar Allahı və daxilində yeni cənnət yaranacaq. Azəri pir-bəglər və seyid-şıxlar nəslinə yenidən qüdrət verən bu ilahi mahiyyətin hesabına, Azər oğulları yaradılış dövründəki kimi dünyanın sahibləri olacaqlar. Onlar yeni dünya nizamı yaradıb, insanlara cənnətdə ikinci həyat qazandıracaqlar.
Bütün bu yazdıqlarımdan çıxan nəticə odur ki, Aşura mərasimi - Azəri pirlərinə İlahi qüdrət vermiş və onları qədim dünyanın sahibləri etmiş kosmik Azər (Asar/Osiris) Allahının ölüb-dirilməsi mərasimidir. Bu Allah bilavasitə Azəri müqəddəsləri ilə bağlı olduğu üçün bu mərasimi xüsusi əzadarlıqla da məhz Azər oğulları keçirir.
Firudin Gilar Bəg