Ataların bitdiyi an.... - REKVİEM

19-08-2023, 12:41           
Ataların bitdiyi an.... - REKVİEM
İl 1996-cı ilin fevralı. Onda hələ 9 yaşım 2 aydı tamam olmuşdu. Bacım Sevinc məndən 2 yaş böyük idi və artıq 2 ilə yaxın idi ki, nə olduğunu mən bilmədiyim xəstəlikdən əziyyət çəkirdi. Əslində atam, anam və doğmalarım bu günü gözləyirlərmiş. Mən uşaq olduğumdan mənə deməyiblər ki bacım xərçəng xəstəliyindən əziyyət çəkir. Yəni əcəlin, ölümün yaxınlarda bizim qapımızı döyəcəyi məlum imiş.
Və soyuq, qaranlıq (az öncə işıqlarda söndü), birazda yağışlı bir fevral axşamı böyük xalamın yoldaşı Fəzail əmi, xalam Şükufə, üç qızı bacımın dəvəti ilə bizə gəldilər. 1995-cı ilin 31 dekabrı hamımızın bir yerdə çəkdirdiyimiz foto şəkillərə baxmaq üçün bir araya gəlmişdik. Ondan 1 gün öncə öz əlləri ilə bəzəmişdi o qara albomu. Saat 7 8 arası olardı, şam işığında şəkillərə baxdığımız yerdə bacım anidən boğulmağa başladı, anam tez mərbəxə tərəf qaçdı ki su gətirsin, o qayıdana kimi bacımı artıq kəskin boğulma tutdu, sonuncu göstərdiyi isə, mebelin üstündə olan quran idi. İlk öncə nəmistədiyini anlamadıq, anam quranımı istəyirsən deyəndə o carəsiz gözləri ilə hə dedi. Quranı aldı öpdü və Fəzail əminin qucağında getdi əbədi dünyada mələk olmağa.
O vaxt mobil telefon yox idi. Atamda bu səbəbdən tez-tez əli çatan yerdən evə zəng edərdi. İradə hər yaxşıdırmı?
Bu dəfə də yığdı, arıq evimizə xeyir adam toplaşmışdı. Anam bir anlıq bağıraraq, susun Taleh zəng edir.
Alo.
İradə salam. Nətərsiniz?
Yaxşıyıq Taleh. Sevinc biraz ağrıyır. Gəl evə.
Biraz keçdi və həyətdən bir uğultu gəldi Taleh gəldi deyə. Məni və xalamqızı Nailəni tez qonşumuz Liza xalagilə keçirdilər.
Atam artıq həyətdəki adamlardan məsələnin nə yerdə olduğunu bilib.
Və heç 1 dəq keçməmişdi atamın binamızın o beton divarlarından Liza xalagilə kimi gələn balam, Sevincim, ballaaammm, ayallllaahhh deyə deyə bağırtısı düz 27 ildi qulaqlarımdan getmir. Atamın səsini heç bir zaman elə eşitməmişdim.
Bu gün isə o anı bir daha yaşadım. Hər kəsə məlum olan, bir neçə gün öncə Bakının Heydər Əliyev prospektində məhşur Tiktoker Nicat Şakirlinin törətdiyi qəzada həyatını itirmiş Ruslan Məmmədovun dəfninə baxırdım. Atası Sahin Mamedov eynən mənim atam kimi fəryad edirdi. İllər fərqli olsada FƏRYAD eyni idi. Allah keç bir ataya fəryad yaşatmasın. Ataların dil deyib ağıaması çox dəhşətli olurmuş.
Dərdinizə şərikik Şahin müəllim.

ALLAHDAN ŞAHİN MƏMMƏDOVA SƏBR, RUSLAN QARDAŞŞIMIZA RƏHMƏT DİLƏYİRƏM.
Taleh Həmid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.