“Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin…”– TƏHSİL EKSPERTİ

15-04-2019, 19:14           
“Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin…”– TƏHSİL EKSPERTİ
“Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin, cənablar! Heç olmasa bizim məktəblərin məzunlarının şəhidliyini, şagirdlərin Dünya Fənn Olimpiadalarında layiqli yer tutmalarını, dünyanın aparıcı universitetlərində nümunəvi oxumalarını da göz önünə gətirin”.
“AzPolitika.info”-nun məlumatına görə, bunları tanınmış təhsil eksperti Etibar Əliyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında orta məktəblərlə bağlı sərt açıqlamalarına münasibət bildirərkən deyib.
Partiya sədri iddia edib ki, orta məktəblərdə narkomaniya baş alıb gedir.
Təhsil eksperti mövzuya həsr etdiyi “Facebook” statusunda yazır: “Hüquq-mühafizə orqanları Hafiz Hacıyevi “Yeni Müsavat”ın canlı yayınındakı bu ifadələrinə görə dindirəcəkmi? Hafiz Hacıyevdən sitat: “Məktəblərdə narkomaniya baş alıb gedir. Uşaqlar özlərinə əl- üz yumaq yerlərində narkotik iynələr vurdururlar. Bayramovun pulları azmı düşüb bunları edir?”
Açığı, bu cür ipləmədən məktəb haqqında nəsə soruşmağın özü qüsurludur. Adam cəmiyyətdə məktəbə qarşı nifrətə çağrış edir. Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin, cənablar!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru