Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib

3-09-2017, 09:13           
Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib
Rusiyanın Vaşinqtondakı ticarət missiyası ərazisində yaşayan diplomatlarının ailələri bu ölkənin ABŞ-dakı səfirliyinin ərazisində yerləşdirilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyinin mətbuat katibi Nikolay Laxonin bildirib.
"Onların hamısı səfirliyin ərazisində yerləşdirilib. Bununla bağlı məsələlər həll edilib", - deyə o bildirib.
Dövlət Departamenti daha əvvəl Rusiya Federasiyasında ABŞ-ın diplomatik missiyasının işçilərinin sayını azaltmaq təklifinə cavabla əsaslandıraraq bu ölkənin San-Fransiskodakı konsulluğunu, Vaşinqtonda və Nyu-Yorkda ticarət nümayəndəliklərinin iki binasını sentyabrın 2-ə qədər bağlamağa tələb edib.
Rusiya bu addımları düşməncəsinə hərəkətlər adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru