Ermənistanın baş naziri Azərbaycanda gül dərdi, balıq tutdu, mineral suyumuzu içdi – VİDEO

6-09-2017, 12:25           

Dostum Elxan Şahinoğlu yazır: “Ermənistanın baş naziri məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir, gedir Kəlbəcərə və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir, bir neçə gün keçir bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir, üstəgəl Şuşa və Laçında nəsə tikirlər, kimlərisə buralara köçürürlər, Xankəndidəki hava limanını tədricən işə salırlar, helkopterlər ora-bura uçur.
Həmsədr dövlətlərin vecinə də deyil, İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Azərbaycan XİN ara-sıra açıqlama verir, o da işğalçıya vız gəlir. Bəs nə etməli? Erməni separatçılarının davamlı təxribatlarının qarşısının almağın hansı yolları var? Bu suallar üzərində düşünməsək, çıxış yolu tapmasaq bir gün gözümüzü (uzaqdan) açıb görəcəyik ki, işğal altındakı Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb…”. Dostlar, Elxan bəy ciddi müsajlar verir. Bir zaman Topxanada iki-üç ağaca görə milyonlar küçələrə axdı. Nələr oldu? Çox şeylər…. Amma Şuşa getdi…. Ardınca da o biri rayonlar. İndi də ermənilər həmin əraziləri məskunlaşdırırlar. Onlar buna görə Qərbin, ABŞ-ın və Rusiyanın yəqin ki, razılığını alıblar. Çünki onlar reaksiya vermirlər. Ya da ki, ermənilər onları saya salmır. Bir yerlərdə məskunlaşma bilirsinizmi nə deməkdir? Yəni, həmin torpaqlar bizimdir. Biz neynirik? Aradabir hansısa məmur açıqlama verir. Yaxud Xarici İşlər nazirliyi zəif bir bəyantla kifayətlənir. İctimaiyyət də susur. Televiziyalarda məddahlıq edənlaər yarışa giriblər. Hamı yaltaqlığa, kiməsə yarınmağa üstünlük verib, bütün nəslini vəzifəyə gətirməyi düşünür. Alimlər, ziyalılar da susur. Bu gün Türk qüdrətindən, Türk imperiyaçılığından, tarixdə keçmiş qələblərdən ağızdolusu danışanlar da bu məsələdən nəsə yazmır. Nəyimə lazımdır bu cür təbliğat? Bu gün neynirik? Ermənistanın baş naziri Kəlbəcərdə zavod açılışında iştirak edir, biz hələ də Osmanlı-Səfəvidən yazırıq. Biz doğrudanmı onların övladlarıyıq? Düzü, artıq şübhə etməyə başlamışam. Ermənisan baş naziri işağl altında olan torpaqlarımızda kef edir, biz də İrəvan toponomikasından, işğal altında olan ərazilərimizin tarixindən, ədəbiyyatından qalaq-qalaq kitablar yazırıq? O torpaq işğaldadırsa, nəyə lazımdır, bunlar? Birinci işimiz bu torpaqların işğaldan azad olunmasıdır. Bunun üçün də biz yalnız bu istiqamətədə təbliğat aparmalıyıq. Düzü, bu informasiyaları oxuduqca özümə də nifrət edirəm! Ağlamayan uşağa süd verməzlər. Biz bu sülh paltformasından əl çəkməliyik. Ermənistanla rəsmi səviyyədə heç bir görüş keçirilməməlidr. Türkiyə ilə dərhal hərbi saziş imzalanmalıdır. Buna görə Rusiya, ABŞ, Fransa qarşısında sərt tələblər qoyulmalıdır. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ üzrə həmsədrlər institutunun buraxılması tələb olunmalıdır. Buraxılmasa, həmin dövlətlərdən biri Türkiyə ilə əvəz olunmalıdır. Biz müqəddəs müharibəyə hazırlaşmalıyıq! Bu müharibə erməni daşnaklarının bütün Qafqazdan çıxarılması ilə nəticlənməlidir. Erməni cinayətkarlarının büynəlxalq məhkəmə qarşısına çıxarılamsına nail olmalıyıq! Bundan sonra bəlkə bizi şəhid ruhları bağışlaya bilər!!! A24.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.