Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyib

7-09-2017, 08:39           
Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyib
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarI Vladimir Putini Nyu-Yorkda keçiriləcək dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısına dəvət etməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

“Bildiyimə görə, tədbirdə iştirakla bağlı dəvət daxil olmayıb”, deyə jurnalistlərin suallarını cavablandıran Y.Uşakov bildirib.

ABŞ prezidenti Donald Tramp sentyabrda Nyu-Yorkda dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısını keçirmək niyyətindədir. Tədbirin BMT Baş Assambleyasının 72-ci sessiyası ərəfəsində keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru