"Kampaniya o qədər qərəzli və məqsədyönlü qurulub ki..." - deputat

7-09-2017, 13:48           
"Kampaniya o qədər qərəzli və məqsədyönlü qurulub ki..." - deputat
Azərbaycan dövlətinə, Prezidentinə və onun ailə üzvlərinə qarşı qarayaxma kampaniyasının əsas məqsədi ölkəmizin artan nüfuzunun qarşısını almaqdır.

Bunu Trend YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqil siyasət yeridir, öz maraqlarını qorumaqla yanaşı, beynəlxalq prinsiplərə hörmətlə yanaşır, bütün dövlət və qurumlarla qarşılıqlı maraqlara əsaslanan bərabər hüquqlu əlaqələr qurur:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada hər sözünün arxasında dayanan etibarlı bir tərəfdaş kimi tanınır. Bütün bunlar ölkəmizin beynəxalq səviyyədə nüfuzunun artması ilə yanaşı, Azərbaycana rəğbət bəsləyən insanların sayını da artırır. Onların sıralarında nüfuzlu ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, müxtəlif mötəbər qurumlarda təmsil olunan səlahiyyətli şəxslər, yaxud səs hüququ olan insanlar da var. "The Organized Crime and Corruption Reporting Project" adlı qurmun "araşdırması" Azərbaycana yönəlmiş böhtan olmaqla bərabər, həm də bu cür insanlara bir iftiradır. Bu qarayaxma kampaniyasının sifarişçiləri eyni zamanda gələcəkdə Azərbaycanla bağlı hər hansı məsələdə müsbət bir qərarın çıxarılmasının qarşısını almaq istəyirlər. Yəni elə bir vəziyyət yaratmağa çalışırlar ki, hər hansı bir məsələdə Azərbaycanın lehinə səs vermək istəyən adamlar gələcəkdə bu cür ittihamlarla üzləşəcəyini nəzərə alıb çəkinsinlər".

A.Hüseynovun sözlərinə görə, maraqlı bir məqam da ondan ibarətdir ki, əslində bu iftiranın hədəfi Azərbaycan göstərilsə də, müxtəlif ölkələrin, mötəbər qurumların obyektiv fəaliyyəti də şübhə altına alınır: "Kampaniya o qədər qərəzli və məqsədyönlü qurulub ki, sifarişi yerinə yetirən mətbu orqanlar məsələnin bu tərəfinə ümumiyyətlə toxunmur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.