Yaponiyanın baş naziri Putini tatamiyə təkbətək döyüşə dəvət etdi

8-09-2017, 10:10           

Yaponiyanın lideri Şinzo Abe cüdo üzrə qara kəmərə sahib olan Rusiya prezidenti Putini Yaponiyanın Cüdo üzrə Dünya Çempionu ilə təkbətək tatamidə döyüşə çağırıb. “A24.az”ın əldə etdiyi məlumata görə, Şinzo Abe Şərq İqtisadiyyatı Forumunda verdiyi açıqlamada “Xanımlar və cənablar! Bildiyiniz kimi Rusiya prezidenti Putinin və Monqolustanın dövlət başçısı Xaltmaaqiyn Battulqanın cüdo idman növü üzrə qara kəməri var. Hazırda bu salonda da Olimpiya Çempionu Yasuhiro Yamaşita var” ifadələrini işlədib.
Qara kəmər sahibi olan iki ölkənin prezidentinə DƏVƏT…
“Hörmətli Yamaşita, sizə də bir təklifim var. Yaponiya Cüdo Federasiyasından qara kəmər sahibi olan iki dövlət başçısını Yaponiyaya dəvət edərsinizmi? Dövlət başçıları ilə birlikdə gözəl bir cüdo şousu təqdim edə bilərsiniz. Mənim qara kəmərim yoxdur. Xəsarət almaq istəmədiyim üçün bu mükəmməl şounu uzaqdan izləməyi tərcih edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru