“The Guardian”dakı saxta məlumatlar müttəfiqlərimizə təzyiqdir - Zaxarova

8-09-2017, 22:23           
“The Guardian”dakı saxta məlumatlar müttəfiqlərimizə təzyiqdir - Zaxarova
“The Guardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir.Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu baxımdan Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqləri həyata keçirilib: “Mənə elə gəlir ki, bu, informasiya təzyiqidir və bu təzyiq bir neçə istiqamətdə gedir. Rusiyalı jurnalistlərə qarşı təzyiqlər var, onlar informasiya məkanından sıxışdırılıb çıxırılırlar. Bu, müxtəlif yollarla həyata keçirilir. Bütün bunlar sözsüz ki, "feyk" xəbərlərin hesabına baş verir. Çalışırıq ki, mütəmadi olaraq bu "feyk" xəbərlərə reaksiya verək”.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru