BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək

9-09-2017, 08:08           
BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək
BMT Təhlükəsizlik Şurasında Şimali Koreya üzrə səsvermənin sentyabrın 11-də keçiriləcəyi planlaşdırılır.

teref.az yazır ki, apa-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi üzrə səsvermənin sentyabrın 11-də keçirilməsini təklif edib. Bu barədə BMT Təhlükəsizlik Şurası artıq məlumatlandırılıb”, deyə N.Heyli qeyd edib.

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru