"Adamdan soruşarlar ki, məgər özün buna əməl edirsən?"

9-09-2017, 09:15           
"Adamdan soruşarlar ki, məgər özün buna əməl edirsən?"
“Partiya üzvləri bilməlidir ki, rəhbərlikdə təmsil olunanların nəyi var”

“Partiyalarda şəffaflığın təmin edilməsinə ciddi ehtiyac var”.

Bunu Moderator.az-a açıqlamasında ADR sədrinin müavini Səxavət Əlisoy bildirib.

S.Əlisoyun qənaətincə, şəffaflığın təmin olunması üçün seçki kampaniyası dövründə partiyalara daxil olan vəsaitlərə, onların hara xərcləndiyinə də aydınlıq gətirilməlidir:

“Partiya rəhbərliyində təmsil olunan şəxslər deklarasiya açıqlmalıdır. Açıqlamalarıdırlar ki, evləri, mülkləri, malları nədir, bank hesablarında nə qədər vəsait var. Bu, cəmiyyət üçün də önəmlidir. Biz məmurlara irad tuturuq ki, milyonlarınız var. Amma deklarasiya elan etmirsiniz. Əgər biz siyasi rəqiblərimizə bunu irad tuturuqsa, amma özümüz də bunu etmiriksə, bu, doğru deyil. Çünki adamdan soruşarlar ki, məgər özün buna əməl edirsən?
Partiyalar aylıq maliyyə hesabatını da cəmiyyət üçün açıqlamalıdır. Maliyyələşmə mənbələrini göstərməlidir. İanələr hesabına, üzvlük haqqı hesabna nə qədər vəsait toplanıb açıqlanmalıdır. Burada nə problem var ki? Siyasi partiyalar bunu etməyə niyə çəkinir, bu, anlaşılan deyil.
Seçki kampaniyasi dövründə partiyaya nə qədər vəsait daxil olub, bu vəsait hara xərclənib bu da açıqlanmalıdır. Bunu hər bir partiya üzvü bilməlidir. Bu, onların haqqıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.