Amerikalılar Ukraynada hərbi təlimlərə başladılar –"Rapid Trident-2017"

9-09-2017, 09:20           

Ukraynada – Peter Franko adına 7-ci Taktiki Aviasiya Briqadasının hava limanında "Rapid Trident-2017" beynəlxalq hərbi təlimlərinin birinci mərhələsi başlayıb.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, "Rapid Trident-2017" adlı Ukrayna-Amerika komanda-qərargah təlimləri çərçivəsində Amerikanın hava bazalarından birinin təmsilçiləri artıq Ukraynaya gəliblər və onlar Ukrayna pilotlarına müxtəlif şəraitlərdə digər qoşun növləriylə qarşılıqlı əlaqənin təşkilini öyrədəcəklər.

Məlumata görə, Dodonun qadağasına baxmayaraq, artıq Moldova hərbçiləri də Lvovdakı hərbi təlimlərə qatılıblar.

Xatırladaq ki, sentyabrın 14-dən 20-dək də "Qərb -2017" adlı Rusiya-Belarus strateji hərbi təlimləri keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru