ABŞ dövlət katibinin köməkçisi Astanadakı Suriya danışıqlarında iştirak edəcək 10-09-2017, 09:25 ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Devid Satterfild Astanada keçiriləcək Suriya danışıqlarında müşahidəçi qismində iştirak edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan XİN mətbuat xidmətinin məlumatında bildirilir. Suriya hökuməti və müxalifət qüvvələrinin nümayəndələri arasında görüş sentyabrın 13-dən 15-dək Astanada keçiriləcək. Facebook-da paylaş