Azərbaycanda Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb

12-09-2017, 09:00           
Azərbaycanda Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb
Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

teref.az-nun Trend-ə istinadən yazır ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində “Əmtəə bazarının səmərəliliyi və rəqabət” istiqaməti üzrə işçi qrup yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Bildirilir ki, ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.

Hesabatda Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru