Azərbaycanın Türkiyədəki yeni səfiri bəlli oldu - EKSKLÜZİV

12-09-2017, 21:27           
Azərbaycanın Türkiyədəki yeni səfiri bəlli oldu - EKSKLÜZİV
Azərbaycanın Türkiyədə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov vəzifəsindən geri çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Əldə etdiyimiz özəl məlumata görə, artıq yeni səfərin də adı bəllidir. Belə ki, bu posta Xəzər İbrahimin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Xəzər İbrahim daha əvvəl Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsində çalışıb. O, prezidentin bu gün imzaladığı digər sərəncam ilə vəzifəsindən geri çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru