Avropa Azərbaycanlıları Kongresi keçirdiyi toplantıya diaspora liderini niyə çağırmadı?

12-09-2017, 22:39           

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) sədrinin birinci müavini Murad Cəfərov Avropa Azərbaycanlıları Kongresinin bu gün Kiyevdə təşkil edəcəyi toplantıya dəvət edilməməsinə etiraz edib.

“Ölkə.Az”-ın məlumatına görə, M.Cəfərov Avropa Azərbaycanlıları Kongresinin bu addımını laqeydlik kimi qiymətləndirib:

“Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Avropa Azərbaycanlıları Kongresi bu gün Kiyevdə toplantı keçirir, ancaq qitənin ən böyük və nüfuzlu təşkilatlarından biri sayılan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ev sahibi ola-ola həmin tədbirə dəvət olunmayıb. Qarabağ bizimdir, bizim olacaq?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru