Maduro hökumət və müxalifət arasında dialoqa razılıq verib

13-09-2017, 09:02           
Maduro hökumət və müxalifət arasında dialoqa razılıq verib
Venesuela prezidenti Nikolas Maduro hökumətin müxalifətlə danışıqlarda iştirak edəcəyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Maduro bu barədə nazirllərlə keçirdiyi görüş zamanı bildirib. Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.

“Bildirmək istərdim ki, bu dialoqun təşəbbüskarı özüm olmuşam və mən dialoqun keçirilməsinə dair yəni təklif irəli sürürəm”, - deyə Maduro bəyan edib.

N.Maduronun sözlərinə görə, müxalifətlə görüşdə onu hökumətdən nümayəndə heyətinə rəhbərlik edəcək Xorxe Rodriqes (sabiq vitse-prezident) təmsil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru