Moskvada Azərbaycana qarşı erməni təxribatı - FOTO

14-09-2017, 13:26           
Moskvada Azərbaycana qarşı erməni təxribatı - FOTO
Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar.

Belə ki, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunur.

Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər.

Xatırladaq ki, Ermənistan sərgidə Dağlıq Qarabağ şirkətlərini yerli şirkətlər kimi təqdim edir. Lakin stendlərin qarşısında qondarma Dağlıq Qarabağın bayrağını qoyur.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin yeganə ekskluziv partnyorudur.(azvision.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru