Mikayıl Cabbarov islahatlar həyata keçirmək həvəsindədir - Mustafa Abbasbəyli

17-01-2018, 14:04           
Mikayıl Cabbarov islahatlar həyata keçirmək həvəsindədir - Mustafa Abbasbəyli
"Yeni vergilər naziri Mikayıl Cabbarovun təkliflərə açıq olması çox sevindirici haldır. Yeni nazir islahatlar həyata keçirmək həvəsindədir. Bu isə bizə əlavə stimul verir".

SalamNews xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında "Caspian European Club"un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.

O bildirib ki, biz tədbirlərin sayını daha da artırmaq, iş adamlarını bir araya toplayıb, müvafiq təklifləri nazirliyə göndərmək niyyətindəyik. Əsas iki istiqamətdə təkliflər irəli sürürük. Bunlardan biri, qanunvericilik baxımından tədbirlərin həyata keçirilməsi, ikinci isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlı problemlərdir. Həmin istiqamətlərdə təkliflər irəli sürməyə hazırlaşırıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru